Operativ Məlumat Mərkəzi

ABŞ və Hindistan Ukraynadakı vəziyyəti müzakirə ediblər

2 dəq
Paylaş:
ABŞ və Hindistan Ukraynadakı vəziyyəti müzakirə ediblər

ABŞ və “2+2” formatında səkkizinci dialoq zamanı Ukraynadakı vəziyyəti, müdafiə sahəsində və ikitərəfli tərəfdaşlığın digər məsələlərini müzakirə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Dialoq iştirakçıları Ukraynada ədalətli və davamlı sülhə dəstək, həmçinin atəşkəs və humanitar yardıma dəstək də daxil olmaqla Hind-Sakit okean regionu və dünya ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Görüşdə ABŞ və Hindistan arasında müdafiə, enerji, kosmos və mülki aviasiya sahələrində əməkdaşlığın ümumi prioritetləri də müzakirə edilib.

“Danışıqlar zamanı Birləşmiş Ştatlar Hindistanla tərəfdaşlığı daha da gücləndirməyə və iki ölkə xalqları arasında əlaqələri genişləndirməyə sadiqliyini bir daha təsdiqlədi”, - Dövlət Departamenti qeyd edib.

“2+2” dialoqu sentyabrın 16-da Yeni Dehlidə baş tutub. Amerika tərəfdən tədbirdə katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu və müdafiə nazirinin Hind-Sakit Okean regionu üzrə məsələləri üzrə köməkçisinin baş müavini Cedidiya Royal iştirak edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax