Operativ Məlumat Mərkəzi

ABŞ səfirliyi Hidayət Heydərovu Olimpiadada qazandığı qələbə münasibətilə təbrik edib

1 dəq
Paylaş:
ABŞ səfirliyi Hidayət Heydərovu Olimpiadada qazandığı qələbə münasibətilə təbrik edib

ABŞ-nin Azərbaycandakı səfirliyi cüdoçu Heydərovu Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qazanması münasibətilə təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Hidayət Heydərovu qızıl medal qazanması münasibətilə təbrik ! Fədakarlıq və zəhmət həqiqətən öz bəhrəsini verdi. Bu möhtəşəm nailiyyətdən zövq alın - bu sizin istedadınızın və əzmkarlığınızın sübutudur. Komandasını da bu qələbə ilə təbrik edirik - qarşıda daha çox uğurlar və qızıl medallar ümidilə!”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, azərbaycanlı cüdoçu Hidayət Heydərov ötən gün Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finalda fransalı rəqibi Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax