Əsas məzmuna keç

ABŞ nümayəndəsi Taliban rəsmisi ilə görüş keçirib

ABŞ nümayəndəsi Taliban rəsmisi ilə görüş keçirib

bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Talibanın Xarici İşlər Nazirliyinin bəyanatına görə, görüşdə hər iki ölkənin məhbusları ilə...

ABŞ prezidenti Donald Trampın girov məsələləri üzrə nümayəndəsi Adam Boyler Əfqanıstanın paytaxtı Kabildə Talibanın naziri ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Talibanın Xarici İşlər Nazirliyinin bəyanatına görə, görüşdə hər iki ölkənin məhbusları ilə bağlı , ikitərəfli əlaqələrin genişləndirilməsi yolları, vətəndaşlara aid məsələlər, investisiya və digər məsələlər müzakirə olunub.

Əmirxan Müttəqi, Talibanla ABŞ arasında Dohada keçirilmiş əvvəlki danışıqlara istinad edərək deyib: “İndi münasibətlərin normal vəziyyətə qayıtması üçün münasib fürsət yaranıb və ikitərəfli əlaqələrdə elə mürəkkəb məsələ yoxdur ki, onun həlli çətin olsun.”

Talibanın Xarici İşlər Nazirliyinin açıqlamasına görə, ABŞ nümayəndə heyətinin rəhbəri əvvəlcə Əfqanıstanın şərq vilayətlərində baş vermiş son zəlzələ ilə bağlı başsağlığı verib və əvvəlki Kabul səfərini faydalı adlandırıb. O əlavə edib ki, hər iki tərəf növbəti görüşlərdə daha çox səy göstərməlidir ki, daha yaxşı nəticələr əldə olunsun.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…