Operativ Məlumat Mərkəzi

ABŞ generalının rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib

2 dəq
Paylaş:
ABŞ generalının rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib

ABŞ-ın Oklahoma Milli Qvardiyasının Birgə Qərargahlar rəisi briqada generalı Kolbi Uaytın ölkəmizdə səfərdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ABŞ nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Respublikasının müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov ABŞ nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanla ABŞ-nin Oklahoma ştatı arasında ikitərəfli hərbi sahəsində əlaqələrin möhkəmləndirilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər müzakirə edilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax