Əsas məzmuna keç

2023-cü ilin dövlət büdcəsinə dəyişikliklə əlaqədar tapşırıq verilib

2023-cü ilin dövlət büdcəsinə dəyişikliklə əlaqədar tapşırıq verilib

bu barədə Nazirlər Kabinetindən məlumat verilib. İclasın gündəliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli iqtisadiyyatımızın...

20 aprel 2023-cü il tarixində Respublikası İqtisadi Şurasının sədri, Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

İclasın gündəliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli iqtisadiyyatımızın mövcud müsbət nəticələrini, makroiqtisadi vəziyyəti, cari ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra göstəricilərini nəzərə alaraq 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) ilə bağlı Hökumətə verdiyi , o cümlədən, Ortamüddətli Xərclər Çərçivəsi və 2024-cü il və növbəti üç il üçün icmal və dövlət büdcələrinin proqnozları, “Azərbaycan Respublikasının işğaldan edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası” üçün maliyyə təminatı və digər məsələlər geniş müzakirə olunub.

İclasda maliyyə naziri Samir Şərifovun məruzəsi və üzvlərinin rəy və təklifləri dinlənilib.

İclasın yekununda 2023-cü ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…