Operativ Məlumat Mərkəzi

2022-ci ildə 7,5 milyon insana vərəm diaqnozu qoyulub - ÜST

1 dəq
Paylaş:
2022-ci ildə 7,5 milyon insana vərəm diaqnozu qoyulub - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2023-cü il Vərəm Hesabatında 92 ölkə və regionun məlumatları təqdim edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə ÜST-nin rəsmi səhifəsində paylaşım edilib.

ÜST, vərəmlə mübarizədə -19 epidemiyasından sonra yaxşılaşma tendensiyası olduğunu, lakin bu sahədə yeni hədəflərə çatmaq üçün tədqiqatlara olduğunu qeyd edib.

Hesabatda 2022-ci ildə 7,5 milyon insana vərəm diaqnozu qoyulduğu və bunun ÜST-nin 1995-ci ildə qlobal miqyasda vərəmin monitorinqinə başlamasından bəri qeydə alınan ən yüksək rəqəm vurğulanıb.

Covid-19 epidemiyasından sonra 2022-ci ildə vərəmin diaqnostikası və müalicəsi xidmətlərinin dünya səviyyəsində yayılmasında irəliləyiş olduğu qeyd edilib və bu sahədə qarşıya qoyulan yeni hədəflərə çatmaq üçün sürətləndirilmiş işlərə ehtiyac olduğu bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax