"Zirə" klubunun UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bəlli olub.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, "qartallar" "Torpedo" (Gürcüstan) ilə üz-üzə gələcək.
Püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.
Xatırladaq ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ilk matçını evdə keçirəcək.