Gecə saatlarında Goranboy rayonunda sursat anbarında baş verən yanğından sonra Nizami və Xoylu kəndlərinin sakinləri təxliyə olunublar.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Goranboy Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, ümumilikdə təxliyə olunanların sayı 5 min nəfər təşkil edir.
Bildirilib ki, Nizami kəndinin girişində post quraşdırılıb.