Filippinin cənubunda 7,8 maqnitudalı zəlzələ nəticəsində ən azı 12 nəfər həlak olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Bildirilib ki, əsasən zədələnmiş binalarda 200-dən çox insan yaralanıb, yaxınlıqdakı sahillər boyunca isə 1 metr hündürlüyündə sunami meydana gəlib.
***
Filippinin cənubunda baş verən 7,8 maqnitudalı zəlzələ nəticəsində ən azı səkkiz nəfər həlak olub.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə "Reuters" agentliyi Filippin Mülki Müdafiə İdarəsinin məlumatına istinadən xəbər verir.
***
Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində üç nəfər ölüb, dörd şəxs yaralanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Filippin Milli Polisi məlumat verib.
Qeyd olunub ki, Mindanaonun şimal və mərkəzi hissəsində məktəblər, xəstəxanalar və evlər də daxil olmaqla, ümumilikdə 37 binaya ziyan dəyib.
"Təsirə məruz qalan ərazilərdə polis yardım göstərmək üçün səfərbər edilib və ziyanın qiymətləndirilməsi davam edir", - deyə açıqlamada bildirilir.
Filippin Prezidenti Ferdinand Markos, cənub sahillərində zəlzələnin baş verdiyi Mindanao adasının bir neçə bölgəsində məktəblərdə dərslərin dayandırılmasını əmr edib.