Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığında raketlərin tədarükü və Rusiya hücumlarına qarşı mübarizə üçün dron əleyhinə qurğuların maliyyələşdirilməsini müzakirə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Zelenski “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
V.Zelenski vurğulayıb ki, danışıqlar cəbhədəki vəziyyət və Ukraynanın müdafiə sahəsində təxirəsalınmaz ehtiyacları, o cümlədən hava hücumundan müdafiə sisteminin gücləndirilməsi kimi məsələləri əhatə edib.
“Mirage” qırıcı təyyarələri üçün pilotların hazırlanması ilə bağlı razılaşmamızı xüsusilə qeyd etmək istərdim", - o deyib.
V.Zelenskinin sözlərinə görə, onlar həmçinin gələcək siyasi addımları əlaqələndiriblər: "Amerikalı tərəfdaşlarımızla birlikdə Rusiyanın real qlobal təzyiq hiss etməsi üçün çalışırıq".