Yan Vanmin: Azərbaycan Çin üçün çox vacib tərəfdaşdır

Yan Vanmin: Azərbaycan Çin üçün çox vacib tərəfdaşdır
29.04.2024 13:43
Aa
dəq

Azərbaycan Çin üçün çox vacib tərəfdaşdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin aprelin 29-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Qonaq ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bildirib. Qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub və bu baxımdan o, Transxəzər dəhlizinin bu təşəbbüsün reallaşmasına, ümumilikdə Azərbaycanın bütün nəqliyyat qovşağının inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Yan Vanmin ölkəsinin Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə göstərilən hörməti hər zaman dəstəkləyəcəyini vurğulayıb, ölkələrimiz arasında qarşılıqlı etimadın daimi olacağına əminliyini bildirib.

COP29-un təşkilində də Çinin Azərbaycana dəstəyini qeyd edən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tədbirin uğur qazanacağına inamını ifadə edib.

Həftənin ən çox oxunanları

Əli Əsədov belaruslu həmkarı ilə gələcək qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edib

Əli Əsədov belaruslu həmkarı ilə gələcək qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edib
DAVAMIN OXU davamın oxu

Paşinyan: Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb

Paşinyan: Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev qəbul keçirib - YENİLƏNİB

Prezident İlham Əliyev qəbul keçirib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Ermənistanla sülh sazişinin şərtlərini açıqlayıb

Azərbaycan XİN Ermənistanla sülh sazişinin şərtlərini açıqlayıb
DAVAMIN OXU davamın oxu