Operativ Məlumat Mərkəzi

XİN: Üçtərəfli bəyanata əsasən, Azərbaycanın Laçın yolu üzərində suveren hüquqları mövcuddur

1 dəq
Paylaş:
XİN: Üçtərəfli bəyanata əsasən, Azərbaycanın Laçın yolu üzərində suveren hüquqları mövcuddur

Yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək bu məntəqənin təsis edilməsinin yolun bağlanması kimi qiymətləndirilməsi tamamilə yanlışdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN-in Ermənistanın baş naziri Nikol Paşinyanın 27 aprel tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində deyilir.

“Bununla yanaşı, Baş nazirin iddialarının əksinə, Üçtərəfli bəyanata əsasən, Azərbaycanın Laçın yolu üzərində səlahiyyətləri və suveren hüquqları mövcuddur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək"- şərhdə vurğulanır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər