Operativ Məlumat Mərkəzi

XİN-in rəhbər heyəti İranda terror aktında şəhid olan Orxan Əsgərovun məzarını ziyarət edib

1 dəq
Paylaş:
XİN-in rəhbər heyəti İranda terror aktında şəhid olan Orxan Əsgərovun məzarını ziyarət edib

XİN-in rəhbəri heyəti İranda terror aktında şəhid olan Orxan Əsgərovun məzarını ziyarət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir Ceyhun Bayramov başda olmaqla Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti ötən il Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş Orxan Əsgərovun II Şəhidlər Xiyabanında məzarını ziyarət edib.

Şəhid Orxan Əsgərovun ruhuna dualar oxunub, məzarı üstünə tər güllər düzülüb.

3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər