Operativ Məlumat Mərkəzi

Xankəndidə xeyli silah-sursat aşkarlanıb

1 dəq
Paylaş:
Xankəndidə xeyli silah-sursat aşkarlanıb

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.

DİN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 8-də Xankəndi şəhəri ərazisində 11 ədəd avtomat silahı, 1 pulemyot, 1 ədəd qumbaraatan, 9 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd qumbara, 4 qumbara alışdırıcısı, 84 ədəd patron darağı, 10712 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər