Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 31-də Xankəndi şəhəri ərazisində silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ərazidən 1 pulemyot, 5 müxtəlif markalı avtomat silahı, 1 tapança, 3 müxtəlif markalı tüfəng, 3 qumbara alışdırıcısı, 42 patron darağı, 2256 müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.