Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin quru əməliyyatına qarşı İranın mümkün cavabı məlum olub

2 dəq
Paylaş:
ABŞ-nin quru əməliyyatına qarşı İranın mümkün cavabı məlum olub

tərəfindən əməliyyatları başladılarsa, İran hücumların miqyasını əhəmiyyətli dərəcədə genişləndirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "" nəşri analitiklərin rəylərinə istinadən məlumat yayıb.

Mütəxəssislərin fikrincə, Tehranın əsas hədəfləri aşağıdakılar ola bilər:

  • Dəniz neft platformaları;
  • Elektrik stansiyaları;
  • Digər infrastruktur obyektləri.

"Chatham House" mərkəzinin və Şimali Afrika proqramının direktoru Sənam Vəkil bildirib ki, İran ABŞ-nin istənilən müdaxiləsini həm iqtisadi, həm də siyasi baxımdan səmərəsiz etməyə çalışacaq.

Onun sözlərinə görə, rəsmi Tehran ilk mərhələdə pilotsuz uçuş aparatları vasitəsilə kütləvi zərbələr endirəcək, daha sonra isə qonşu ölkələri də əhatə edəcək şəkildə cavab tədbirlərini genişləndirəcək.

Bundan əvvəl ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor qeyd edib ki, İran Amerikanın quru əməliyyatına tam hazırdır, lakin Vaşinqton İslam Respublikasının bu hazırlığını lazımi qədər qiymətləndirmir.

O əlavə edib ki, ABŞ-ın qoşunları nəzərdə tutulan əraziyə təhlükəsiz şəkildə çatdırmaq üçün nə müvafiq infrastrukturu, nə də imkanı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax