"Real Madrid" və Braziliya millisinin cinah oyunçusu Vinisius Junior 2023-cü ilin ən yaxşı braziliyalı oyunçusu seçilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, futbolçu "Qızıl Samba" mükafatına layiq görülüb.
İkinci yeri 2023-cü ildə PSJ və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klublarını təmsil edən Neymar tutub. Üçüncü yerdə PSJ-nin müdafiəçisi Markinyos qərarlaşıb.