Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Vensan Kompani "Bavariya"nın yeni transfer hədəfi ilə danışıqlar aparıb

2 dəq
Paylaş:
Vensan Kompani "Bavariya"nın yeni transfer hədəfi ilə danışıqlar aparıb

"Bavariya"nın komandanın heyətini gücləndirmək istiqamətində ilk addımlarını atıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı mütəxəssis Münhen klubunun siyahısında yer alan Nataniel Braunla artıq ilkin aparıb.

Kompani sol cinah müdafiəçisi mövqeyində dərinlik yaratmağı vacib hesab edir.

Buna əsas səbəb kimi Alfonso Devisin tez-tez zədələnməsi və komandadan kənarda qalması göstərilir.

Məhz bu boşluğu doldurmaq üçün "Ayntraxt"ın 22 yaşlı üzvü əsas prioritet hədəf kimi müəyyənləşdirilib.

Mövsüm başa çatdıqdan dərhal sonra Kompani futbolçu ilə əlaqə saxlayaraq öz planlarını onunla bölüşüb. Görünür, baş məşqçinin arqumentləri Braunu inandıra bilib. Almaniyalı müdafiəçinin "Arsenal" və "" kimi nəhəng klubların marağına baxmayaraq, məhz "Bavariya"ya keçməyə meylli olduğu bildirilir.

Qeyd edək ki, "Transfermarkt" portalı oyunçunun bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax