Operativ Məlumat Mərkəzi

Vilnüsdə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

1 dəq
Paylaş:
Vilnüsdə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Prezident sarayının həyətində fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Litvanın Prezidenti...

Litvada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident sarayının həyətində fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Litvanın Prezidenti Gitanas Nauseda və Litvanın birinci xanımı Diana Nauseda qarşılayıblar.

Hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Daha sonra Azərbaycan və Litva prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər