Böyük Britaniya hökuməti Dunkan Normanı Azərbaycana yeni səfir təyin edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Norman Britaniyanın Bakıdakı diplomatik missiyasının rəhbəri vəzifəsinə gətirilib.
Yeni təyin olunmuş səfir "X" sosial şəbəkəsindəki səhifəsində öz təəssüratlarını bölüşüb:
"Böyük Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram! Böyük Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Dunkan Norman səfir vəzifəsində Ferqus Auldu əvəz edəcək.