Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

DÇ-də VAR qalmaqalı: Argentina və mübahisəli qərarlar

2 dəq
Paylaş:
DÇ-də VAR qalmaqalı: Argentina və mübahisəli qərarlar

Dünya Çempionatında tətbiq olunan yeni protokolu turnirin ədalətli keçirilməsi ilə bağlı ciddi müzakirələrə səbəb olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, son çempion millisinin İsveçrə ilə keçirdiyi 1/4 final qarşılaşmasında verilən bəzi azarkeşlər və keçmiş hakimlər tərəfindən tənqid olunub.

Matç zamanı İsveçrə millisinin hücumçusu Breel Embolonun Video Köməkçi Hakimin (VAR) müdaxiləsindən sonra simulyasiya səbəbi ilə ikinci sarı vərəqə alaraq meydandan qovulması böyük rezonans doğurub.

İsveçrə millisinin Murat Yakin qərarı “qəbuledilməz” adlandıraraq, turnirdə VAR sistemindən istifadəyə dair narahatlığını ifadə edib.

Sosial şəbəkələrdə isə Lionel Messinin kapitanı olduğu Argentina millisinin bəzi hakim qərarlarından faydalandığı iddiaları yayılıb. Bəzi tənqidçilər komandaya istehza ilə “” ləqəbi veriblər.

Qeyd olunur ki, narazılıqlar yalnız İsveçrə matçı ilə məhdudlaşmır. Daha əvvəl Əlcəzair və Misir milli komandalarının da Argentina ilə oyunlardakı hakim qərarlarından şikayət etdiyi bildirilib.

Mütəxəssislər 2026–27 mövsümü üçün tətbiq edilən yeni VAR protokolunun kifayət qədər sınaqdan keçirilmədən istifadəyə verildiyini iddia edirlər. Keçmiş FİFA hakimi Christina Unkel bildirib ki, yeni qaydalar hakimlərə yalnız intizam səhvlərini deyil, oyunun gedişinə təsir edən daha geniş qərarları dəyişmək imkanı yaradır.

Ekspertlərin fikrincə, yeni sistemin sınaq mərhələsindəki çatışmazlıqlar, mübahisəli qərarların artması və şəffaflıq məsələləri azarkeşlərin turnirə olan inamına mənfi təsir göstərə bilər.

FİFA rəsmiləri isə, o cümlədən hakimlik rəhbəri Pierluigi Collina, verilən qərarların “Oyun Qaydaları”na uyğun olduğunu bildirərək sistemi müdafiə edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax