Venesuelada iyunun 24-də baş verən dağıdıcı zəlzələlərdə həyatını itirənlərin xatirəsinə ölkə üzrə 7 günlük milli matəm elan olunub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodriqes sosial şəbəkə hesabında paylaşdığı açıqlamada ölkəsinin baş verən fəlakət səbəbindən dərin kədər içində olduğunu bildirib.
O qeyd edib ki, iyulun 2-si yerli vaxtla saat 18:00-dan etibarən ölkədə 7 günlük milli matəm qüvvəyə miniəcək.
Məlumat üçün bildirək ki, zəlzələdən sonra indiyədək 80 min 800-dən çox ailəyə humanitar yardım çatdırılıb.
Xilasetmə əməliyyatlarına Venesueladan 26 min 121 nəfər şəxsi heyət, eləcə də müxtəlif ölkələrdən gələn 3 min 660 axtarış-xilasetmə əməkdaşı, 148 xüsusi təlim keçmiş xilasedici it və 49 texniki vasitə cəlb olunub.
Bundan əlavə, axtarış-xilasetmə və humanitar yardım işlərinə dəstək məqsədilə 15 min 467 könüllü də fəaliyyət göstərir.