Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İrandan atılan 3-cü ballistik raket Türkiyə üzərində vuruldu - YENİLƏNİB

3 dəq
Paylaş:
İrandan atılan 3-cü ballistik raket Türkiyə üzərində vuruldu - YENİLƏNİB

Milli İrandan növbəti raketin atıldığını təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə qurumun "X" sosial səhifəsində məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Türkiyənin hava məkanına daxil olan raket Şərqi Aralıq dənizində NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

"Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər cür təhdidə qarşı bütün lazımi tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülür, hadisənin bütün aspektləri ilə aydınlaşdırılması üçün müvafiq ölkə ilə danışıqlar aparılır. Milli təhlükəsizliyimiz prioritet olmaqla bölgədəki bütün hadisələr diqqətlə izlənilir və qiymətləndirilir", - deyə rəsmi açıqlamada vurğulanıb.

Xatırladaq ki, NATO hava hücumundan müdafiə qüvvələri bundan əvvəl ABŞİsrailin fevralın 28-də başlatdığı əməliyyatlardan sonra İrandan Türkiyə hava məkanına daxil olan iki ballistik raketi məhv edib.

***

Türkiyənin Adana hava məkanı üzərində yanaraq düşən naməlum cisimlər sosial mediada böyük marağa səbəb olub. Bu gecə saat 03:30-dan etibarən yayılan görüntülər bölgədəki hərəkətliliyi yenidən gündəmə gətirib.

Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hadisə ilə bağlı ilkin təfərrüatları Türkiyənin müdafiə sənayesi üzrə ixtisaslaşmış "savunmasanayiST.com" platforması yayıb.

Məlumata görə, bu cisimlər İrandan Türkiyəyə 3-cü ballistik raketin qalıqları ola bilər. Raketin NATO-ya aid hava hücumundan müdafiə sistemləri (HHM) tərəfindən məhv edildiyi və atmosferə daxil olarkən yanaraq yerə düşdüyü ehtimal edilir.

Mütəxəssislər hadisə zamanı yerdə hər hansı partlayışın baş vermədiyini xüsusi vurğulayıblar.

Xatırladaq ki, bundan öncə də İrandan atılan iki ballistik raket Türkiyə hava məkanını pozduğu üçün NATO-nun HHM sistemləri vasitəsilə havada zərərsizləşdirilmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax