Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyədə pilotsuz yük təyyarələri dövrü başlayır: “BAYKAR” önə çıxır

3 dəq
Paylaş:
Türkiyədə pilotsuz yük təyyarələri dövrü başlayır: “BAYKAR” önə çıxır

Süni intellektin avtonom sistemlərdə tətbiqi nəqliyyat və logistika sahəsində köklü dəyişikliklərə yol açır.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, müdafiə sənayesi üzrə ekspert Yusuf Akbaba Türkiyənin pilotsuz sistemlər sahəsində əldə etdiyi təcrübənin gələcəkdə mülki yükdaşımalara da inteqrasiya edilə biləcəyini bildirib.

Mütəxəssis sürücüsüz avtomobillərdən sonra pilotsuz təyyarələrin də mülki sektorda geniş istifadəsinin mümkün olduğunu qeyd edib.

Akbabanın sözlərinə görə, Türkiyənin pilotsuz sistemlər sahəsindəki güclü mövqeyi bu istiqamətdə də özünü göstərə bilər.

Xüsusilə “BAYKAR” şirkətinin yeni hava yük şirkəti yaratması diqqət çəkir. Ekspert bildirib ki, “BAYKAR”ın olduğu yerdə pilotsuzlaşdırma texnologiyalarının müzakirə olunması təbiidir.

“Bu, bugündən sabaha olacaq bir iş deyil. Lakin yaxın gələcəkdə “BAYKAR” və ya digər yerli şirkətlərin iri yük təyyarələrini pilotsuz şəkildə idarə etmək üçün çalışacaqlarını gözləmək olar”, - deyə Akbaba bildirib.

Ekspertə görə, yük təyyarələrinin pilotsuzlaşdırılması üçün iki əsas yanaşma mövcuddur. Bunlardan biri mövcud pilotlu təyyarələrin və qabaqcıl sensorlarla təchiz edilməsi, digəri isə sıfırdan pilotsuz yük təyyarəsinin layihələndirilməsidir.

Onun sözlərinə görə, Türkiyənin hər iki yanaşmanın həyata keçirilməsi üçün kifayət qədər texniki bazası mövcuddur.

Mütəxəssis avtonom sistemlər, təyyarələrin istehsalı və müasir texnologiyalarla təchiz edilməsi, eləcə də yüksək güclü mühərriklərin hazırlanması istiqamətində imkanlarının olduğunu vurğulayıb.

Bununla belə, qaydalarının yeni texnologiyalara uyğunlaşdırılması əsas çətinliklərdən biri hesab olunur.

Mülki hava məkanının insanlı və pilotsuz təyyarələr tərəfindən birgə istifadəsi, eləcə də yaşayış məntəqələri üzərindən uçuşların sertifikatlaşdırılması uzunmüddətli və həssas proses tələb edir.

Buna baxmayaraq, Türkiyənin pilotsuz aviasiya sahəsində qlobal oyunçulardan birinə çevrilməsi üçün zəruri texniki və istehsal resurslarına malik olduğu bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə