Türkiyənin Adana şəhərində meşə yanğını baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, güclü küləyin təsiri ilə genişlənən yanğının qarşısını almaq üçün əraziyə havadan və qurudan müdaxilə edilir.
Hadisə yerinə Meşə Regional İdarəsinin əməkdaşları və yanğınsöndürmə helikopterləri cəlb olunub.
Yanğının böyüməsi səbəbindən bəzi yaşayış məntəqələri təhlükəsizlik məqsədilə boşaldılıb, əraziyə gedən yolları nəqliyyatın hərəkəti üçün bağlanılıb.
Yanğının söndürülməsi istiqamətində işlər davam edir.