ABŞ-də şiddətli soyuq, qar və dondurucu yağışla müşayiət olunan güclü qış fırtınasının nəticəsində ən azı 30 nəfər həyatını itirib.
“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, Amerika xəbər saytı wprı.com məlumat yayıb.
Məlumata görə, 27 yanvar bazar ertəsi günü Arkanzasdan Yeni İngiltərəyə qədər uzanan, təxminən 2100 km-lik ərazidə yarım metrdən çox qar və dondurucu yağış düşüb. Bu səbəbdən uçuşlar ləğv olunub, nəqliyyat hərəkətində ciddi fasilələr yaranıb və məktəblər geniş şəkildə bağlanıb. Temperatur isə -31 °C-ə qədər düşüb.
Sinoptiklər Arktika havasının axını və ABŞ-nin şərq sahillərində əlavə fırtına ehtimalı barədə xəbərdarlıq ediblər.