Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabirabadda Kür çayı məcrasından çıxdı

2 dəq
Paylaş:
Sabirabadda Kür çayı məcrasından çıxdı

Sabirabad rayonunun Suqovuşan ərazisində çayının səviyyəsinin kəskin artması suyun məcradan çıxmasına səbəb olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, son günlər yağan yağışlar Kür çayında suyun səviyyəsinin xeyli yüksəlməsinə səbəb olub.

Nəticədə Kür və Araz çaylarının qovuşduğu yaxınlığında çay öz məcrasından çıxaraq sahilboyu Tuğay meşələri istiqamətində yayılmağa başlayıb.

Hadisənin baş verdiyi əraziyə yaxın zonada restoranların yerləşdiyi bildirilir. Hazırda suyun həmin istiqamətdə irəliləməsi müşahidə olunur.

Sabirabad Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, mövcud vəziyyət nəzarət altındadır. Qurumun açıqlamasına əsasən, çayın məcrasından çıxmasına baxmayaraq, hələlik ciddi təhlükə gözlənilmir. Belə ki, suyun səviyyəsi mühafizə bəndindən təxminən iki metr aşağıda qalır.

Aidiyyəti qurumlar tərəfindən ərazidə monitorinqlər davam etdirilir, vəziyyətin sabit saxlanılması üçün zəruri qabaqlayıcı tədbirlər görülür. Ehtiyac yaranacağı təqdirdə əlavə texnika və canlı qüvvənin cəlb olunacağı bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax