ABŞ-nin İranın qərbində yerləşən Kirmanşah əyalətinə endirdiyi zərbələr nəticəsində 4 İran hərbçisi həlak olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, həlak olan hərbçilər SEPAH-ın Aerokosmik Qüvvələrində xidmət ediblər.
ABŞ-nin Lavan adasına endirdiyi zərbələr nəticəsində İranın "Bəsic" yarımhərbi qüvvələrinin 3 üzvü də həlak olub.
Agentlik hücum nəticəsində bir neçə "Bəsic" üzvünün yaralandığını, lakin yaralıların sayının dəqiqləşdirilmədiyini bildirib.
Sentyabrın 2-nə keçən gecə ABŞ İran ərazisindəki hədəflərə yeni genişmiqyaslı zərbələr endirib. Hörmüzqan əyalətinin Sirik şəhərində toy mərasiminin keçirildiyi yaşayış evinin atəşə tutulması nəticəsində 5 nəfər, o cümlədən bir uşaq həlak olub, təxminən 70 nəfər yaralanıb.
İran buna cavab olaraq Yaxın Şərqin bir neçə ölkəsində yerləşən ABŞ hərbi hədəflərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.