Mayın 26-dan fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlarda plaskart tipli vaqonlar olmayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarından məlumat verilib.
Bildirilib ki, sərnişinlərə komfort, komfort+ və lüks sinifləri üzrə xidmət təqdim olunacaq.