Pakistanın Pastavana bölgəsində pilotsuz uçuş aparatının (PUA) güman edilən zərbəsi nəticəsində bir nəfər ölüb, daha altı nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Dawn" nəşri məlumat yayıb.
Bildirilib ki, hadisədən sonra xəstəxanaya yeddi nəfər çatdırılıb. Onların arasında ağır yaralanan bir qadın da olub. Daha sonra o, xəstəxanada ölüb.
Daha əvvəl Pakistan mediası Əfqanıstan tərəfdən dörd PUA-nın buraxıldığı barədə məlumat vermişdi.