Hörmüz boğazında icazəsiz marşrutla hərəkət edən iki neft tankeri minaya düşərək sıradan çıxıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Məsələ ilə bağlı SEPAH da açıqlama verib.
“ABŞ agentləri tərəfindən idarə olunan iki neft tankeri Hörmüz boğazında minaya düşüb və sıradan çıxarılıb”, - SEPAH-ın açıqlamasında bildirilib.
Qeyd edili ki, tankerlər İran tərəfindən müəyyən edilmiş təhlükəsiz keçid marşrutundan istifadə etmək əvəzinə, Hörmüz boğazında icazəsiz marşrutla hərəkət etməyə cəhd göstərərkən minaya düşüb, gəmilərdə yanğın baş verib.
Məlumata görə, tankerlərin ekipaj üzvləri gəmiləri tərk edib.
SEPAH həmçinin bildirib ki, İran Silahlı Qüvvələri Hörmüz boğazı üzərində nəzarətini zəiflətməyəcək.
Qeyd edək ki, daha əvvəl sentyabrın 1-i axşam saatlarında ABŞ və İranın bir-birinə qarşı yeni zərbələr endirdiyi barədə məlumat yayılıb. Hücumlar nəticəsində İranda ölən və yaralananların olduğu bildirilir.