Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Premyer Liqada komanda sayı artırılır

2 dəq
Paylaş:
Premyer Liqada komanda sayı artırılır

Premyer Liqasında komanda sayının artırılması birbaşa olaraq namizədlərin infrastruktur və hazırlıq səviyyəsindən asılıdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu açıqlamanı konfransında AFFA-nın prezidenti verib. Milli assosiasiya rəhbərinin sözlərinə görə, çempionatda komanda sayının artırılması hazırda əsas müzakirə mövzularından biridir.

"Lakin burada əsas məsələ infrastrukturun hazırlığıdır. Biz potensial olaraq hansı klubların çıxış edə biləcəyini və onların infrastrukturunu düzgün qiymətləndirməliyik. Məqsədimiz odur ki, çempionatda mübarizə aparacaq bütün klubların stadion məsələsini tam həll edək", - deyə Rövşən Nəcəf bildirib. Onun sözlərinə görə, qərarlar verilərkən rəqabətlilik və keyfiyyət ön plana çəkilir.

"Elə olmamalıdır ki, say artımı xatirinə bəzi klublara güzəşt edilsin və bu, ümumi balansı pozsun. Biz həm futbolun davamlılığını, həm də infrastrukturun səmərəliliyini artırmağa çalışırıq. Bu, çox incə bir balansdır", - deyə AFFA prezidenti vurğulayıb. O, həmçinin bu mövzunun İcraiyyə Komitəsinin gündəmində olduğunu xatırladıb.

"Hazırda bu məsələni uzun müddətdir müzakirə edirik. İcraiyyə Komitəsinin növbəti iclaslarından birində bununla bağlı müvafiq qərarların verilməsi nəzərdə tutulur". Qeyd edək ki, bu gün AFFA-nın Hesabat Konfransı keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax