Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Milli Məclisin iclası başladı: 8 məsələ müzakirə edilir - YENİLƏNİB

2 dəq
Paylaş:
Milli Məclisin iclası başladı: 8 məsələ müzakirə edilir - YENİLƏNİB

Milli Məclisin plenar iclasının gündəliyi dəyişib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə sədr bugünkü iclasda məlumat verib.

O qeyd edib ki, iclasın gündəliyində 9 məsələ var.

" Avropa Parlamentinin əleyhinə fəaliyyəti ilə bağlı məsələyə baxacaq", - sədr vurğulayıb.

S.Qafarova əlavə edib ki, ötən 10 il ərzində Avropa Parlamenti Azərbaycana qarşı fəaliyyəti ilə seçilir: "İkinci Qarabağ müharibəsindən sonra təşkilatın ritorikasında anti-Azərbaycan fəaliyyəti daha da güclənib. Avroparlamentin Azərbaycana qarşı təxribatlarının intensivliyi artıb. Azərbaycana qarşı 13 qətnamə qəbul edilib. Bütün bunlar qurumun hansı meyarlar əsasında fəaliyyət göstərdiyini üzə çıxarıb. Avropa Parlamentinin dövlətimizə qarşı qərəzli fəaliyyətinə səssiz qala bilməz və şübhəsiz ki, məsələ barəsində qəti mövqeyini bildirəcək".

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyunciç bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədə Azərbaycana qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.

***

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası keçirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, iclasın gündəliyində "Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə haqqında Saziş"in təsdiqi daxil olmaqla ümumilikdə 8 məsələ var.

İclasa parlamentin spikeri Sahibə Qafarova sədrlik edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax