Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Vergi Məcəlləsində dəyişikliklər qəbul edildi

2 dəq
Paylaş:
Vergi Məcəlləsində dəyişikliklər qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi I oxunuşda qəbul olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yeni qanunla neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət (özəl) sektoruna aid edilən vergi ödəyicilərinə mühüm maliyyə güzəşti tətbiq olunacaq.

Dəyişikliyə əsasən, 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətinə sahibkarlara öz işçilərinin məcburi dövlət sosial sığorta haqlarını (DSMF ödənişlərini) ƏDV-nin depozit hesabında olan sərbəst vəsaitlər hesabına ödəmək imkanı yaradılır.

Bu mexanizm müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar və şərtlər daxilində tənzimlənəcək. Sözügedən dəyişiklik özəl sektorda çalışan sahibkarların nağd pul dövriyyəsini (likvidliyini) artırmağa və onların üzərindəki maliyyə yükünü yüngülləşdirməyə xidmət edir.

Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax