Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda təbii hadisə baş verib. "Operativ Məlumat Mərkəzi-OMM"-in "Reuters" agentliyinə istinadən yaydığı məlumata əsasən, Çin Seysmoloji Şəbəkələr Mərkəzi regionda 5 maqnitudalı zəlzələnin qeydə alındığını bildirib.
Yeraltı təkanlar yerli vaxtla saat 14:55-də (Bakı vaxtı ilə 10:55-də) Turfan şəhəri yaxınlığında baş verib. Hazırkı məlumata görə, hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə hər hansı bir məlumat daxil olmayıb.