Mərkəzi Çinin Hubey əyalətinin şərq hissəsində tufan və güclü külək səbəbindən 11 nəfər ölüb, bir nəfər isə itkin düşmüş hesab olunur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "Sinxua" agentliyi əyalət hakimiyyət orqanlarının bəyanatlarına istinadən bu barədə məlumat yayıb.
Ekstremal hava şəraiti səbəbindən bu ərazidə 22 bina dağılıb və daha 4 855 binaya ziyan dəyib, nəticədə 331 yerli sakin zərər çəkib.
Bildirilib ki, əyalətdə genişmiqyaslı xilasetmə və humanitar əməliyyatlara başlanılıb.