Yerli vaxtla saat 05:55-də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, aprelin 4-də də Xəzərdə 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.
**
Xəzər dənizində növbəti dəfə zəlzələ olub.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 07:35-də qeydə alınan yeraltı təkanın maqnitudası 3, dərinliyi 72 km olub.