Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 06:30-da qeydə alınan zəlzələnin maqnitudası 3,9 olub.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.