Xəzər dənizində bu gün 3.1 maqnitudalı dördüncü zəlzələ baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla aprelin 14-ü saat 10:21-də qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 25 kilometrdir.
***
Xəzər dənizində 3,8 maqnitudalı daha bir zəlzələ olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla aprelin 14-ü saat 10:00-da qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 5 kilometrdir.
Qeyd edək ki, bu gün səhər saatlarında da Xəzər dənizində 3,1 və 3,2 maqnitudalı zəlzələlər qeydə alınıb.