İranın müqəddəs Qum şəhərində keçirilən vida mərasimindən görüntülər yayılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yayılan kadrlarda İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xamenei və ailə üzvləri üçün təşkil olunan yürüşdə iştirak edən insanların kütləvi axını nümayiş etdirilir.
Məlumata görə, mərasimdə minlərlə insan iştirak edib. Yüksəklikdən çəkilmiş görüntülərdə şəhər küçələrinin vida mərasiminə qatılan izdihamla dolu olduğu aydın görünür. Tədbir zamanı insanların təhlükəsizliyinin təmin edilməsi və asayişin qorunması üçün müvafiq tədbirlər görülüb.