İranda yanvar etirazları zamanı gizli hərbi əraziyə daxil olmaqda ittiham edilən şəxs barəsində edam hökmü icra olunub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı yerli İran mətbuatına istinadən məlumat yayıb.
Məlumata görə, edam edilən Əmirhüseyn Hatəmi ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş əməliyyat tədbirlərində iştirakda və gizli hərbi obyektlərə daxil olmaqda təqsirli bilinib.
Həmçinin, ona qarşı dövlət əmlakına ziyan vurmaq və yandırmaq ittihamları da irəli sürülüb.