İraqda Ayətullah Seyid Əli Xameneinin xatirəsinə həsr olunmuş anım mərasimlərinə hazırlıq başladığı bildirilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici mənbələr məlumat yayıb.
Məlumata görə, İraq hakimiyyəti müqəddəs Nəcəf və Kərbəla şəhərlərində keçirilməsi planlaşdırılan anım tədbirləri üçün genişmiqyaslı hazırlıq işlərinə start verib.
Bildirilir ki, tədbirlərin ölkənin yaxın tarixində ən böyük kütləvi dini toplantılardan biri olacağı gözlənilir.
Qeyd olunur ki, rəsmi qurumlar mərasimlərin yüksək səviyyədə təşkili və təhlükəsizliyin təmin olunması üçün xüsusi planlar hazırlayıb.
Məlumata əsasən, İraqın müxtəlif bölgələrindən minlərlə insanın Nəcəf və Kərbəlaya axın edəcəyi proqnozlaşdırılır.
Lakin hələlik bu tədbirlərin rəsmi təsdiqi və dəqiq proqramı ilə bağlı əlavə detallara dair açıqlama verilməyib.