Bakının Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq ediləcək. Bu barədə “Azərişıq” ASC-yə istinadən məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində planlı təmir-təftiş işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq, saat 10:00-dan 13:00-dək aşağıdakı ünvanlarda elektrik enerjisinin verilişində fasilə olacaq:
- Rüstəm Rüstəmov küçəsinin bir hissəsi;
- Nəsimi küçəsinin bir hissəsi.
Qeyd olunan təmir işləri başa çatdıqdan sonra ərazinin elektrik enerjisi ilə təchizatının keyfiyyətinin artırılması nəzərdə tutulur.