Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Binəqədi rayonunda yol hərəkətinin təşkili dəyişdirilir

2 dəq
Paylaş:
Binəqədi rayonunda yol hərəkətinin təşkili dəyişdirilir

Hazırda Binəqədi şosesinin yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində, xüsusilə günün pik saatlarında sıxlığı və qabiliyyətinin aşağı olması müşahidə edilir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, mövcud vəziyyətin yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yol hərəkətinin təşkilində dəyişiklik olunur. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasında baxılaraq qəbul olunub.

Həyata keçirilən layihə çərçivəsində yol nişanları və nişanlanma xətləri vasitəsilə hərəkətin kanallaşdırılması aparılacaq. Kəsişmələrdə hərəkət zolaqlarının artırılması, eləcə də Əttarlar küçəsindən yalnız sağa hərəkətin təşkili nəzərdə tutulur. Bu, yolun buraxıcılıq qabiliyyətinin artırılmasına və münaqişəli nöqtələrinin minumuma endirilməsinə xidmət edir.

Eyni zamanda, işıqfor rejiminin optimallaşdırılması ilə əsas hərəkət istiqaməti üzrə yaşıl faza uzadılacaq. Bu da nəqliyyat axınının daha səmərəli və fasiləsiz hərəkətini təmin edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə