Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda yeni yolun yarısı hazırdır

2 dəq
Paylaş:
Bakıda yeni yolun yarısı hazırdır

Bakının Həsən Əliyev küçəsindən Ziya prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni yolu ilə bağlı işlərin təxminən 50 %-i yerinə yetirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyəti sədrinin institusional inkişaf məsələləri üzrə müşaviri Fariz Əzizov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İnkişafın yeni əsri" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu layihəyə 4 tunel, yeraltı piyada keçidi, alternativ şərq-qərb şəhər əlaqələri yaratmaq üçün nəzərdə tutulmuş fasiləsiz hərəkət həlləri daxildir: " prospekti ilə Ziya Bünyadov prospekti üzərindəki struktur təzyiqi azaltmaqla yanaşı, şəhərin müxtəlif hissələri arasında mobillik balansını yaxşılaşdırmağı hədəfləyir".

Müşavir qeyd edib ki, AAYDA 26 böyük yol infrastrukturu layihəsini həyata keçirir: "Bunların bir neçəsi artıq çox aktiv şəkildə tikilməkdədir. İlk növbədə, çox vacib olan Bilgəh-Novxanı-Pirşağı-Sumqayıt avtomobil yolu layihəsidir. Bu layihə M1 Bakı-Quba avtomagistralını M4 Bakı-Şamaxı avtomagistralı ilə birləşdirəcək və regional nəqliyyatın şəhər mərkəzindən tamamilə yan keçməsinə imkan verəcək. Layihə Abşeronun -şərq yaşayış məntəqələrindəki sakinlərin və logistik axınların mərkəzi Bakıya girmədən şimal və qərb istiqamətlərinə çıxışına imkan verəcək. Bu, tıxacların azalması, daha sürətli logistik hərəkətlər, yol vaxtı itkilərinin azalması və Bakının üzərindəki ekoloji təzyiqin azaldılması deməkdir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax