Paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 4 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən (DİN) "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qohumu 47 yaşlı N.Məmmədova müəyyən edilərək saxlanılıb.
Onun qızıl-zinət əşyalarını satdığı müəyyən edilib.
Araşdırma aparılır.