Binəqədi rayonu ərazisində yol polisi əməkdaşları tərəfindən 99-QP-750 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilə “saxla” işarəsi verilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, nəqliyyat vasitəsi ödənilməmiş cərimə öhdəliyi səbəbindən axtarışda olub.
Məlumata əsasən, avtomobili idarə edən 24 yaşlı Sabir Əliyev polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. Sürücünün idarə etdiyi nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinin olduğu da müəyyən edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sürücünün qanunsuz hərəkətlərinin qarşısı alınıb və o, aidiyyəti üzrə ərazi polis şöbəsinə aparılıb. Hazırda Sabir Əliyev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq hüquqi tədbirlər görülür.