Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mağazadan seyf oğurlayan şəxs saxlanıldı

1 dəq
Paylaş:
Mağazadan seyf oğurlayan şəxs saxlanıldı

Paytaxtın rayonu ərazisində obyektlərin birindən içərisində 500 manat pul və 1950 manat dəyərində hədiyyə kuponları olan seyf oğurlanıb.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, naməlum şəxs mağaza əməkdaşlarının başının qarışıq olmasından istifadə edərək seyfi ələ keçirib və obyektin arxa qapısından çıxarıb.

Nərimanov Rayon İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 Maksim Mahmudov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax