Bakının bir neçə küçəsində və dairəsində yeni ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Sumqayıt–Bakı ekspres qatarlarının marşrutuna yeni dayanacaq əlavə olundu
Bildirilib ki, Abbasqulu ağa Bakıxanov dairəsi, Maqsud Əlizadə, Seyid Yəhya Bakuvi və Arif Heydərov küçələrində parklanma yerləri təşkil edilib. Həmçinin, fiziki imkanları məhdud sürücülər üçün xüsusi şərait nəzərdə tutulub.
AYNA qeyd edib ki, yaxın günlərdə Süleyman Sani Axundov, Səməd Vurğun, Əsəd Əhmədov, Akim Abbasov, Nəsirəddin Tusi və General Əliağa Şıxlinski küçələrində də parklanma məntəqələri istifadəyə veriləcək. Yeni məntəqələrdə nişanlanma xətləri çəkiləcək və müvafiq yol nişanları quraşdırılacaq.
Agentlik vurğulayıb ki, parklanmanın düzgün idarə olunması küçələrin daha rahat, təhlükəsiz və səmərəli istifadəsinə, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinin şəhərdən rahat şəkildə istifadə etməsinə şərait yaradacaq.