Operativ Məlumat Mərkəzi

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək

2 dəq
Paylaş:
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək

Bu il Bakıda yeni metro stansiyasının açılması planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yerüstü Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada məlumat verib.

Onun sözlərinə görə, Dövlət Proqramına uyğun olaraq uzun fasilədən sonra “Dərnəgül” elektrik deposunun tikintisi davam etdirilir. Eyni zamanda:

“28 May” stansiyası ərazisində xətlərin ayrılması layihəsi üzrə iki nöqtədə şaxtaların qazıntısına başlanılıb;

“İçərişəhər” stansiyasından sonra dönmə kamerasının inşası üçün tikintiyə tam hazır vəziyyətə gətirilib;

“Həzi Aslanov” stansiyasının dalan yolunda yenidənqurma işləri növbəti mərhələyə çatdırılıb.

Anar Rzayev bildirib ki, Dövlət Proqramı çərçivəsində 10 yeni metrostansiyanın tikintisi nəzərdə tutulur ki, bu da Bakı metrosu tarixində ən böyük genişlənmə mərhələlərindən biri olacaq.

Onun sözlərinə görə, bu stansiyalardan birinin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır, ötən il isə B4 layihə adlı stansiyada təmir- sürətlə aparılıb.

Layihələrin həyata keçirilməsi paytaxtda metro nəqliyyatının imkanlarını genişləndirməyə və sərnişin rahatlığını artırmağa xidmət edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax